Əsas Səhifə > Hadisə > Bu günə olan valyuta məzənnələri — RƏSMİ

Bu günə olan valyuta məzənnələri — RƏSMİ


2-02-2017, 13:52
Bu günə olan valyuta məzənnələri — RƏSMİ

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 1-i müqayisədə dəyişməyərək 1,9200 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0719 manatdan 2,0706 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0319 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,5078 manatdan 0,5093 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,4140 manatdan 2,4315 manatadək bahalaşıb.

Rubrika.az
Geri qayıt