Əsas Səhifə > Şou Biznes > Zülfiyyə: “Kompleksim aktrisalığımı üzə çıxarmağa qoymur”

Zülfiyyə: “Kompleksim aktrisalığımı üzə çıxarmağa qoymur”


2-02-2017, 16:20
 Zülfiyyə: “Kompleksim aktrisalığımı üzə çıxarmağa qoymur”

“Mənim aktrisalıq qabiliyyətim var. Bunu dostlarım da bilir. Amma kompleksim olduğu üçün bu haqda danışmıram. Aktrisalıq qabiliyyətimi üzə çıxara bilmirəm. Bacarığımı ancaq evdəkilər görür”.

Bu sözləri musavat.com saytına açıqlamasında “Ağanatiq” filminin qala gecəsinə qatılan müğənni Zülfiyyə Xanbabayeva deyib.

O, film təqdimatlarına gec-gec qatılmasının səbəbini də açıqlayıb: “Mən hər tədbirə getmirəm. Əsasən dostlarımın özəl günlərində iştira etmək tərəfdarıyam. KVN komandası ilə illərdir ki, dostluq edirəm. Ona görə də qala gecəsinə gəlməyə blməzdim. Ancaq ürəyimcə olan yerlərə gedirəm”.

Müğənni efirlərə az çıxması haqda da danışıb: “Mən həmişə seçici olmuşam. Media nümayəndələri həmişə mənə diqqət ayırıb və mənə qarşı anlayışlı olub. Seçicilik artıq xasiyyətimə çevrilib. Düzdür, efirə gec-gec çıxıram. Özümə uyğun verilişlərə qatılıram. Lakin bu martda dəyişiklik edəcəyəm. Novruz bayramında efirlərə çıxmağa başlayacağam”.

Z.Xanbabayeva qızı Dənizdən də bəhs edib: “Dəniz böyüyüb, dərslərini yaxşı oxuyur. Mənim xasiyyətimlə pis oxuya bilməz. Gələcəkdə sənət seçiminə qarışmayacağam. Hansı sahədə bacarıqlı olsa, o yola yönləndirəcəyəm. Əsas odur ki, işini bilən olsun”.

Rubrika.az
Geri qayıt