Əsas Səhifə > Hadisə > “Sovetski”də baş verən yanğında zəhərlənən professor xəstəxanada ölüb

“Sovetski”də baş verən yanğında zəhərlənən professor xəstəxanada ölüb


3-02-2017, 12:21
 “Sovetski”də baş verən yanğında zəhərlənən professor xəstəxanada ölüb

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub.

Əldə etdiyimiz məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 60 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.(APA)

Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.

rubrika.az
Geri qayıt