Əsas Səhifə > Media > Bakıda yol polisi yoxa çıxıb - Axtarılır

Bakıda yol polisi yoxa çıxıb - Axtarılır


4-02-2017, 13:21
Bakıda yol polisi yoxa çıxıb - Axtarılır

Azərbaycanda yol polisi yoxa çıxıb.

Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib:(Vətəninfo.az)“Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

***

Xəbərə görə, yoxa çıxan polis ailəlidir, bir övladı var. Hazırda onun axtarışı davam edir.

Rubrika.az
Geri qayıt