Əsas Səhifə > Hadisə > Separatçılar qorxuda: Ordu cəbhə zonasına yeridildi
Separatçılar qorxuda: Ordu cəbhə zonasına yeridildi6-02-2017, 10:13 |
|
Ukrayna Donbas ərtafına ordu toplayır. Bu barədə Donbas separatçılarının operativ komandanlığının rəis müavini Eduard Basurin məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna ordusu bütün cəbhə boyu hücuma keçməyə hazırlaşır. “Volnovaxi rayonuna Ukrayna Milli Qvardiyasının hissələri yerləşdirilib. Mərasimdə təhlükəsizliyin təmini adı ilə Donetsk və Mariupol istiqamətində artilleriya alayı göndərilib, həmçinin Krım səmtinə Ukrayna Silahlı Qüvvələrinin mexaniki briqadası yönəldilib. Bundan əlavə, 92-ci briqadanın bütün heyəti Xarkovdan “anti-terror əməliyyatı” adı ilə sözügedən əraziyə gəlir”, - Basurin bildirib. Onun sözlərinə görə, məşhur “Azov” batalyonunun 3 bölməsi Urzufadan Mariupola göndərilib. “Əldə edilən bütün bu informasiyalar Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə boyu böyük hücuma hazırlaşdığını bildirir”, - Basurin vurğulayıb. Rubrika.az Geri qayıt |