Əsas Səhifə > Din > İŞİD Cübbəli Əhməd Hocanı təhdid etdi: "Öldürəcəyik"
İŞİD Cübbəli Əhməd Hocanı təhdid etdi: "Öldürəcəyik"6-02-2017, 13:21 |
![]() İŞİD terror təşkilatı türkiyəli din adamı Cübbəli Əhməd Hocanı təhdid edib. Terrorçulara məxsus jurnalın türkcə buraxılışında İŞİD üzvü Abdülkadir Maşaripovun hücum etdiyi "Reina" gecə klubunun fotosu yer alıb. Jurnalda Cübbəli Əhməd Hoca ilə yanaşı Furkan Vəqfi sədri Alparslan Kuytul, professor Caner Taslaman və dini yazar İhsan Əliaçığın öldürülməsi təlimatı verilir. "Tövhid dinini və müsəlmanları pisləyən kafirlərin liderlərini öldürün. Adları çəkilən və bunlardan başqa İslama qarşı olan, axşam-sabah "islam dövlətini" pisləyən, mücahidləri söyənlərin liderlərini öldürün".(APA) İŞİD eyni zamanda Türkiyəni hücumlarla təhdid edib. "Ordularımız orada Allahın şəriətini həyata keçirmək, Atatürk bütlərini, demokratiyanı, dünyəvilik, sufizmi aradan qaldırmaq üçün Türkiyə torpaqlarına girəcək". Yazıda şiə məscidlərindən uzaq durulması, "Reina"da müsəlmanların qəsdən öldürülmədiyi qeyd olunur. "Şiə məscidləri dünyanın hər yerində hədəf alınacaq". Qeyd edək ki, bundan öncə İŞİD Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Baş Qərargah rəisi Hulusi Akarı təhdid etmişdi. Rubrika.az Geri qayıt |