Əsas Səhifə > Hadisə > Türkiyədə ardıcıl zəlzələlər: 110 evə ziyan dəyib, yaralananlar var
Türkiyədə ardıcıl zəlzələlər: 110 evə ziyan dəyib, yaralananlar var7-02-2017, 00:35 |
![]() Türkiyənin Egey dənizi sahillərində ard-arda zəlzələlər baş verib. APA TV-nin məlumatına, 5,3 bal gücündə iki və 4,4 baladək gücdə bir neçə yeraltı təkan nəticəsində 11 kənddə 110 evə ziyan dəyib. Episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində olan ilk zəlzələ 5,3 bal gücündə olub. Yeraltı təkanlar Muğla, Aydın, İzmir və Tekirdağda hiss edilib. Bir qədər sonra eyni gücdə daha bir yeraltı təkan qeydə alınıb. Zəlzələdən sonra aparılan ilkin araşdırmalar nəticəsində 11 kənddə 110 evə ziyan dəydiyi müəyyən edilib. Bundan başqa, 5 nəfər yaralanıb.(APA) Mütəxəssislər bundan sonra da 4-4,5 bal gücündə yeni yeraltı təkanların baş verə biləcəyini istisna etmirlər. Evlərinə ziyan dəyən sakinlər üçün çadırlar qurulub, yemək paylanılıb. Sakinlərə evlərinə qayıtmamaq tövsiyə edilib. Rubrika.az Geri qayıt |