Əsas Səhifə > Səhiyyə > Dərman bazarında ajiotaj: “Cavanşir müəllimdən soruşun”
Dərman bazarında ajiotaj: “Cavanşir müəllimdən soruşun”7-02-2017, 16:38 |
![]() “Bu məsələni “Avromed” firmasından və sahibi Cavanşir müəllimdən soruşun” Bu sözləri millət vəkili Musa Quliyev dərman bazarında son günlər yaşanan qıtlıq və ajiotajla bağlı danışarəkən deyib. Deputat həmkarı Cavanşir Feyziyevlə əlaqə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə,bu işlərə Tarif Şurası və Səhiyyə nazirliyi baxır, qanunvericilikdə hər şey qaydasındadır. Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa apteklərdə yoxa çıxan dərmanlarla bağlı etirazını bildirib: “Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər". Rubrika.az Geri qayıt |