Əsas Səhifə > Hadisə > "Moskva heç vaxt İrəvana bu qədər müdaxilə erməmişdi"
"Moskva heç vaxt İrəvana bu qədər müdaxilə erməmişdi"8-02-2017, 12:30 |
|
Hələ indiyə qədər Moskvanın Ermənistandakı seçkiyə bu qədər yüksək səviyyədə qoşulması müşahidə edilməyib. Bunu “Tert.am” saytına açıqlamasında erməni politoloq David Şahnazaryan söyləyib. “Bu seçkinin daha bir özəlliyi siyasi fikir ayrılıqlarının olmamasıdır. Əvvəllər Ermənistanı Avropa modelinə bənzər dövlət şəklində görmək istəyən qüvvələr artıq bu məsələdə ciddi kompromisə gediblər. Buna görə də Ermənistanı Avropa dövləti kimi görmək istəyən kontingent yumşaq şəkildə desək, seçkidə aktiv iştirak etməyəcək. Üstəlik, seçkidə iştirak edən blokların çoxu özlərinin hakimiyyətdən yaxşı olduğunu göstərməyə belə cəhd etmirlər. Bu mənada onlar yalnız deyirlər ki, biz gələcəyik və hər şey yaxşı olacaq. Moskva üçün Ermənistanda ən böyük problem ölkədə antirusiya əhval-ruhiyyəsinin artmasıdır. Bu seçki vasitəsilə Moskva bu məsələni həll etməyə çalışır. Bir sözlə, yeni parlament daha çox Dumaya bənzəyəcək. Yəni burada siyasi müxalifət olmayacaq. Ən yaxşı halda parlamentə bir neçə müstəqil deputat buraxacaqlar. Ermənistanın siyasi sistemi ciddi problemdir və seçkidə iştirak edən siyasi subyektlər də bu problemin həlli yox, bir hissələridir. Bu seçki vasitəsilə Moskvanın Ermənistanın daxili siyasi proseslərinə təsiri artacaq. Yeni parlament Ermənistanın daxili siyasi stabilliyini stimullaşdıran orqan olmayacaq. Məncə, Moskvanın təsiri ilə yeni ictimai və hökumətdaxili ciddi silkələnmələr yaşanacaq”, – politoloq bildirib.(axar.az) Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkisi keçiriləcək. Rubrika.az Geri qayıt |