Əsas Səhifə > Qanun > AŞPA Bakıda xüsusi iclas keçirəcək
AŞPA Bakıda xüsusi iclas keçirəcək8-02-2017, 14:48 |
![]() Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsi Bakıda iclas keçirəcək. Rubrika.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas martın 15-16-da Milli Məclisdə baş tutacaq. İclas zamanı iştirakçılar AŞPA məruzəçisi Sezar Florin Predanın "Qaçqınlarla bağlı fövqəladə vəziyyətlərin maliyyələşdirilməsinin təkmilləşdirilməsinin mümkün yolları" mövzusundakı məruzəsini, eləcə də Avropada miqrasiya məsələləri ilə bağlı ən aktual nüansları müzakirə edəcəklər. rubrika.az Geri qayıt |