Əsas Səhifə > Hadisə > Azərbaycan prezidenti Fransanın dövlət katibini qəbul edib
Azərbaycan prezidenti Fransanın dövlət katibini qəbul edib8-02-2017, 17:40 |
![]() Azərbaycan prezidenti İlham Əliyev Fransa Respublikasının baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Jean-Vincent Plasenin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə edib. Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirib. Görüşdə “ASAN Xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışılıb, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulanıb, Azərbaycanla birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. RUBRİKA.AZ Geri qayıt |