Əsas Səhifə > Manşet > Arif Qasımov üçün “narahat dönəm” başlandı

Arif Qasımov üçün “narahat dönəm” başlandı


8-02-2017, 18:55
Arif Qasımov üçün “narahat dönəm” başlandı

Son müşavirədə prezidentin çıxışı icra başçısını qorxuya salıb

Tezliklə veriləcək bir fərman Nizami rayonunda bir çox problemləri nizama qoya bilər


“Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.

Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir.”

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bir daha hər bir məmur üçün iş prinsipi sayıla biləcək tezislər səsləndirdi. Dövlət başçısı bir daha qəti şəkildə yekəxanalıq edən, korrupsiyanı gündəlik iş prinsipinə çevirən məmurlara sərt xəbərdarlıq edərək onların cəzalandırılacağını bildirdi.

Rubrika.az-a daxil olan məlumata görə son müşavirədən sonra bir çox icra başçıları və iri ranqlı məmurlar səksəkəyə düşüblər. Çünki, prezidentin barmaq silkələdiyi kateqoriyada onlar ilk pillələrdə gəlirlər. Verilən xəbərlərə əsasən daha çox narahatlıq keçirənlərdən biri də Nizami rayonunun icra başçısı Arif Həsənovdur. Bildirilir ki, fəaliyyəti dövründə özünün və yaxınlarının adı dəfələrlə müxtəlif qalmaqallarda çəkilən, rəhbərlik etdiyi rayonda sosial-iqtisadi problemlər pik həddə çatan, korrupsiya dosyesi zəngin olan A. Həsənov bu dəfə xilas ola bilməyəcəyini gözəl bilir. Gah toyda adam döyməsi, gah özünün krallara layiq kreslosu ilə, bəzən 600 minlik rüşvət qalmaqalı, bəzən də keçmiş MTN-çilərlə sıcaq münasibətləri ilə gündəmi zəbt edən A. Qasımov böyük biznes imperiyası-çoxsaylı obyektləri, müəssisələri ilə də məşhurdur.

Ona göstərilən etimadı doğrultmaq üçün kifayət qədər zamanı olmasına baxmayaraq A. Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib. Nizami bələdiyyəsinin sədri olduğu dövrdə də, Siyəzənin icra başçısı olduğu müddətdə də belə olub, bu gün də belədir.Bu gün Nizami rayonu tamamil problemlər içərisində boğulur. Nizami rayonundan Rubrika.az-a daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, Arif Qasımovun rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanların rayonun təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və bir çox digər sahələri də acınacaqlı duruma gətirilib. Elə bir sahə yoxdur ki, amansız talanın və korrupsiyanın pəncəsindən öz nəsibini almasın. Rayon ərazisində satılması mümkün olan, həta mümkün olmayan ərzilər də hərraca çıxarılaraq satılıb. Nizami rayonu ərazisində olan yaşıllıqlar bu illər ərzində “yaşıl terror”a məruz qalaraq məhv edilib, yerində çayxanalar, avtoyuma məntəqələri və restoranlar sıralanıb. Bu gün Nizami rayonunda bir nizamsızlıq hökm sürür, insanlar çarəsiz duruma düşüblər.

Qeyd edək ki, təkcə özü deyil, yaxın çevrəsi, oğlu da prezidentin hədələdiyi “kateqoriyaya” aid olan bütün standartlara uyğun gələn A.Qasımovun 2017-ci ilin kadr islahatlarından kənar qalmayacağı artıq şübhə doğurmur. Tezliklə veriləcək bir fərman Nizami rayonunda bir çox problemləri nizama qoya bilər !

Nicat Mahmudov


Geri qayıt