Əsas Səhifə > Hadisə > Masallıda yük maşını piyadaları vurdu: 1 ölü, 3 yaralı

Masallıda yük maşını piyadaları vurdu: 1 ölü, 3 yaralı


9-02-2017, 09:00


Masallıda yük maşını 3 piyadanı vurub, onlardan biri ölüb, ikisi yaralanıb.

Məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. “Ford” markalı yük avtomobili hərəkətdə olarkən yol kənarındakı üç piyadanı vurub, daha sonra beton elektrik dirəyinə çırpılıb. Yaralılar - Ərkivan qəsəbə sakinləri 38 yaşlı Rüfət Bədəlov, 36 yaşlı Yunus Həsənov və 33 yaşlı Tohid İbrahimov dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq,(APA)Rüfət Bədəlovun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Qızılavar kəndinin elektrik enerjisi ilə təminatında bir neçə saatlıq fasilə yaranıb. Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt