Əsas Səhifə > Hadisə > TƏHSİLDƏ OQTAY HACIYEV PROBLEMİ - İşıq pulunu da valideynlərə ödətidrir - ŞİKAYƏT
TƏHSİLDƏ OQTAY HACIYEV PROBLEMİ - İşıq pulunu da valideynlərə ödətidrir - ŞİKAYƏT9-02-2017, 19:37 |
![]() Qəbələ rayon təhsil şöbə müdiri ilə bağlı redaksiyamıza ilginc məluymatlar daxil olub. Məlumatda bildirilir ki, Təhsil şöbə müdiri Oktay Hacıyev rayonda rüşvət burulğanı yaradıb. Məlumata görə, Təhsil nazirliyinin balansında olan rayon məktəblərində kütləvi pul yığımları həyata keçirilməkdədir. Dəfələrlə Təhsil Naziri Mikayıl Cabbarovun orta məktəblərdə hər hansı bəhanələrlə pul yığılması qadağandır deyə səsləndirdiyi çıxışlarına məhəl qoyulmamaqdadır. Qəbələ rayon təhsil şöbəsi nazirin qərarları qarşı çıxaraq təhsil idarəsini istədiyi kimi idarə edir. "Burda mənəm bağdadtda kor xəlifə" misalı tam yerinə düşər ki, nazirini saymayan vətəndaşın şikayətinə belə məhəl qoymaz. Verilən məlumatlarda Oqtay Hacıyev rayon üzrə bütün məktəblərin direktorları ilə sistemini elə qurub ki, onların heç birinin adı halanmasın deyə hər bir siniflər də valideyn komitəsi adı ilə birini nümayəndə seçirlər. Və bütün məsələlərdə həmin valideyn komitəsinə rəhbərlik edən şəxsin üzərinə atılaraq direktorlar o cümlədəndə Oqtay müəllim rüşvət yığmadıqlarına hər kəsi inandırmağa çalışırlar. Redaksiyamıza Qəbələ şəhər 5 saylı tam orta məktəbdə övladı oxuyan valideynin şikayəti ilə bütün məsələlər aşkara çıxmışdır ki, həmin məktəbin direktoru Zərnişan xanımın qanunsuz pul yığmasından narahatçılıq keçirən ailə başçılarının səsini bizlərə çatırmışdır. Ailələr övladlarını təhsildə rüşvət verib rüşvət almağa öyrədən bu təhsil işçilərinin əlindən şikayətçi düşüblər. Hər ay bir bəhanə ilə məktəbə pul yığılması əmrini verən Zərnişan xanım yığdığı pulların bir hissəsini təhsil idarə rəhbəri Oqtay müəllimə verdiyini digər hissəsinə isə məktəb təlabatlarını ödəməyə çalışdığını qeyd etdiyi dostlarıda onun bu fikrini bizə çatıraraq müdafiə etdiklərini düşünməkdədirlər. Saytimiza çarəsiz halda olan, dərdlərini danışmaqa dövlət qurumu, rəhbəri tapa bilməyən qəbələ sakinləri övladlarının gələcəyi şübhə altında olduğunu ifadə etməkdədirlər. Oqtay Hacıyevin Qəbələ təhsilinə gəldiyi gündən məktəbləri biznez mərkəzlərinə mənzətdiyi açıq aşkar ortadadırki buna qarşı isə heç bir tədbir görülmür. Oqtay müəllimin sağ əli kimi məktəbdə direktor işləyən Zərnişan müəllimə isə özünü elə aparır ki, güya aydan arı, sudan durudur. Hər ay mincür bəhanə gətirməklə valideynlərdən pul yığır. Rayon təhsili bərbad gündədir.(bakunews.az)Redaksiyamıza etibarlı mənbədən verilən məlumatda isə Oqtay Hacıyevin müəllim işləmək üçün müraciət edən şəxslərdən 3000-3500 manat rüşvət tələbini qəbul edən hər kəsi məktəblərə götürdüyü qeyd edilməkdədir. Elavə məlumatda isə kənd məktəblərində hətda hər həftə odun pulu adı ilə pul yığılmasıda qeyd edilməkdədir. 5 saylə tam orta məktəbdə isə hətda gülünc hallarda mövcudur ki, Zərnişan xanımın məktəbdə istifadə edilən cərəyanın aylıq ödənişini də valideynlərdən istəməsi halları dözülməz həddə çatıb. Zərnişan xanım yığdığı pulun açıqlamasını isə Təhsil şöbəsindən cərəyan istifadəsinə limit olaraq onlara 80 (səksən) manat ayrıldığını, həmin limiti keçdiyindən qalan ödənişi valideynlərin ödəməli olduqlarını vurğulayıb. Direktor Zərnişan xanım yığdığı pulların müəyyən hissəsini müdir Oqlay müəllimə verdiyini iddia edir. Bütün bunlar bizədə qaranlıqdır amma vermirsə belə bu pullar hansı məqsədlərlə valideynlərdən yığımaqdadır...?. "köz olamayan yerdən tüstü çıxmaz" misalını çəksək lap yerinə düşər. Oqtay Hacıyevin Təhsil adına yaraşmayan hərəkətlərinə gəldikdə isə daha ətraflı gələn saylarımızda məlumatların geniş dərcini oxuya biləcəksiniz. Valideyn isə sual edir: Cənab nazir Mikayıl Cabbarov heç bir çıxışınızda orta məktəblər də təhsilin ödənişli olması barədə, qeydləriniz olmayıb. Qəbələ rayon təhsilinin sizin qayğınıza ehtiyacı olduğunu və tez bir zamanda təftiş edilməsinə ehtiyac duyulduğunu nəzərinizə çatırmaq istəyirik... Rubrika.az Geri qayıt |