Əsas Səhifə > İstisadiyyat > Bütün valyutalar ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Bütün valyutalar ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ


10-02-2017, 10:00
Bütün valyutalar ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı fevralın 10-u üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

Dolların rəsmi məzənnəsi azalaraq 1,7301 manat səviyyəsində müəyyən olunub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8445 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1633 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 29 manat 30 qəpik, 100 lirə 46 manat 96 qəpik, 100 lari isə 65 manat 86 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Rubrika.az
Geri qayıt