Əsas Səhifə > Media > Qənirə Ataşova Azərbaycanı tərk edib - Ölkədən çıxışına olan qadağa götürüldü

Qənirə Ataşova Azərbaycanı tərk edib - Ölkədən çıxışına olan qadağa götürüldü


10-02-2017, 11:38
Qənirə Ataşova Azərbaycanı tərk edib - Ölkədən çıxışına olan qadağa götürüldü

Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib

Bu haqda Q.Ataşovaya yaxın mənbə məlumat verib.

Belə ki, verilən məlumatda qeyd edilib ki, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər. Onun hazırda xarici ölkələrdən birində olduğu söylənilir.(gununsesi.info)

Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün president İlham Əliyevə də müraciət etmişdi.

Rubrika.az
Geri qayıt