Əsas Səhifə > Hadisə > Tramp və Putinin telefon söhbətini mətbuata kim sızdırıb? – Ağ Ev araşdırır
Tramp və Putinin telefon söhbətini mətbuata kim sızdırıb? – Ağ Ev araşdırır10-02-2017, 14:14 |
![]() “Biz vəziyyəti aydınlaşdırmağa çalışırıq, bu çox narahatedicidir”. ABŞ prezident administrasiyasının nümayəndəsi bu barədə Tramp və Putinin telefon söhbətinin məzmununun sızdırılması ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. Ağ Ev prezident Trampın xarici dövlət başçıları ilə telefon söhbətlərinin sızması hadisəsini araşdırmağa başlayıb. “İnformasiya sızmalarından bəziləri elə məzmuna malikdir ki, onların açıqlanması bir çox qanun və protokolun açıq şəkildə pozulması demək olardı. Danışdığınız hər şeyin ictimaiyyət arasına çıxması narahat edicidir. Biz ölkənin adından ciddi işlər görməyə çalışırıq” – Trampın mətbuat katibi belə deyib.(Avropa.info) Daha əvvəl məlum olmuşdu ki, 28 yanvarda Tramp-Putin söhbəti zamanı Rusiya prezidenti Strateji Hücum Silahları Müqaviləsi haqda Trampın fikrini soruşub. ABŞ prezidenti müşavirlərinin fikrini öyrənmək üçün telefon danışığını dayandırıb. Fasilədən sonra deyib ki, bu müqavilə Moskvanın maraqları çərçivəsində imzalanıb, ABŞ üçün isə sərfəli deyil. İnformasiyanın sızması isə bu məlumatın mətbuatda yayılmasından sonra məlum olub. Belə ki, Ağ Evin rəsmi açıqlamasında bu haqda məlumat getməmişdi. rubrika.az Geri qayıt |