Əsas Səhifə > Hadisə > Bahar Muradova: "Obyektiv münasibət olsaydı, bu məsələ həllini tapardı"

Bahar Muradova: "Obyektiv münasibət olsaydı, bu məsələ həllini tapardı"


10-02-2017, 19:28
Bahar Muradova: "Obyektiv münasibət olsaydı, bu məsələ həllini tapardı"

"Ermənistanın Azərbaycana qarşı siyasəti bəllidir. Ermənilərin ölkəmizə qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır

Bu fikirləri “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatında çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı: “Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir".

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb.

Rubrika.az
Geri qayıt