Əsas Səhifə > Araşdırma > “Paket” etirafı, “katyol”dan 1,5 milyonluq villa... Nazir müavini niyə qandallanmır? - Gizlinlər

“Paket” etirafı, “katyol”dan 1,5 milyonluq villa... Nazir müavini niyə qandallanmır? - Gizlinlər


13-02-2017, 10:33
“Paket” etirafı, “katyol”dan 1,5 milyonluq villa... Nazir müavini niyə qandallanmır? - Gizlinlər


Dünya tarixində analoqsuz hadisə rabitə nazirinin müavini İltimas Məmmədovun mühakimə edilməməsidir

Rabitə işinin istintaqı və məhkəməsi zamanı qaranlıq qalan məqamlar, suallarını gözləyən cavablar da az deyil.

Bunlardan ən əhəmiyyətlisi nazir müavini İltimas Məmmədovun adı ilə bağlıdır. Rabitə işinin ilk günlərindən məhz onun da istintaqa çağırıldığı, düz 4 saat dindirildiyi deyilir.

Amma Əli Abbasov vəzifəsindən getsə də, nazir müavini hələ də postunda qalır. Sehirli əllər onu istintaqdan da qoruyur, postunu da...

Bu qədər dindirmədən və istintaqa ifadəsindəki bir sıra etiraflarından sonra İ.Məmmədov necə olub ki, azadlıqda qalmağı, ən azı, "Rabitə işi”nə təqsirləndirilən şəxs qismində cəlb edilməməyi bacarıb?

Məsələn, hazırda nazirin birinci müavini olan İltimas Məmmədov deyib ki, nazirliyin işçilərinə "paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi.

Belə ki, RYTN-in Aparatının sabiq rəhbəri Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər "paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib.

Lakin nazir müavini "həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. Dəhşətdir. Nazir müavini hələ də vəzifəsində işini davam etdirir. (politika.az)
Ondan az paket alan Vidadi Zeynalov isə həbsdə çürüyür. Ədalətli mühakimə o vaxt olardı ki, nazir müavini də müttəhim kürsüsündə oturardı.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində ciddi fakt açıqlayıb.

O, nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə "obşıy katyol”a toplanan pullardan İ.Məmmədovun villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib.

İ.Məmmədov özü mətbuata açıqlamasında “bu barədə danışmaq istəmədiyini” (?!) deyib. Əldə etdiyimiz bilgilərə görə, İ.Məmmədovu qoruyan qüvvələr var.

Hakimiyyətdəki dayaqları onu xilas edib. Əli Abbasovu qorumayan əllər onu qurtarıb. Bu nüans keçmiş rabitə nazirini də hiddətləndirib.

İddialara görə, nazir müavini eks-nazirin əleyhinə ifadə verdiyi və istintaqla əməkdaşlıq etdiyi üçün vəzifəsində saxlanıb. Ondan daha yaxşı mötəbər mənbə ola bilməz. Özü dörd divar hücrəsindən qurtarmaq üçün nazirliyin bütün məxfi işlərini açıb danışıb.

rubrika.az
Geri qayıt