Əsas Səhifə > İdman > Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start veriləcək13-02-2017, 12:10 |
![]() Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. İlk oyun günündə çempionluğa iddialı komandalar səfər matçlarına çıxacaqlar. Açılış oyununda lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Meydan sahibləri qış fasiləsindən sonrakı hər 3 oyunundan məğlub ayrılıb. "Kəpəz" bu il ilk dəfə Gəncə şəhər stadionunda matça çıxacaq. "Qarabağ" isə ilin əvvəlki 3 turunda 2 qələbə, 1 heç-heçəyə nail olub. Xal itkisi Ağdam komandası üçün liderliyin əldən verilməsi bahasına başa gələ bilər. Çünki bu görüşün ardından "Zirə"nin qonağı olacaq "Qəbələ" meydanı qalib tərk etsə, birinci pilləyə yüksələcək. Əvvəlki oyunlara nəzər saldıqda, “Qarabağ”ın "Kəpəz"ə son 18 qarşılaşmada məğlub olmadığını görmək olar. Ağdamlılara 15 ilə yaxındır qalib gələ bilməyən Gəncə təmsilçisi son 7 oyunda qol buraxıb. "Kəpəz"in son 3 ev oyununda isə hər iki komanda qol vurub. "Qəbələ" isə son 3 oyunda "Zirə" üzərində quruhesablı qələbə qazanıb. Daha bir tendensiya odur ki, “Zirə”nin ev oyunlarında qol vuran komanda qalib gəlib.(report) Azərbaycan Premyer Liqası, XVIII tur 12 fevral (bazar) 14:30. “Kəpəz” – “Qarabağ” Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Xaqani Məmmədov Gəncə şəhər stadionu 16:30. “Zirə” - “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Murad Məmmədov Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, turun daha 2 oyunu fevralın 13-də olacaq. AZAL "İnter"i "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək. rubrika.az Geri qayıt |