Əsas Səhifə > Hadisə > Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova müəllimləri bankların əsirinə çevirib
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova müəllimləri bankların əsirinə çevirib13-02-2017, 12:55 |
![]() Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın adı kütləvi şəkildə müəllimlərin adına kredit götürməkdə hallanır Xatırlayırsınızsa, ötən ilin iyul ayında paytaxtın Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru ilə bağlı misli görünməyən məlumat yayılmışdı. Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılırdı. Sonrakı proseslərdə hüquqşünaslar məsələyə müdaxilə etməli oldu. Zərəçəkmişlərin vəkilləri məlumatın doğruluğunu isbatlaya bildilər. Bu məlumatı xatırlamağımız heç də təsadüf deyil. Memarlıq və İnşaat Universitetindən daha bir buna bənzər məlumat daxil olub. Daha doğrusu bu təhsil müəssisəsi ilə bağlı əməkdaşımıza danışan mənbə universitetdə bir çox qanunazidd əməllərdən, eləcə də rektor professor Gülçöhrə Məmmədovanın müəllimlərin adına kredit götürməsindən danışıb. Universitetdəki müxtəlif formalı özbaşınalıqlarla bağlı qarşıdakı günlərdə ətraflı yazmağa çalışacağıq.(xeberinfo.com)Hələlik isə, kredit məsələsi ilə bağlı onu qeyd edək ki, Memarlıq və İnşaat Universitetində adı bankların məlum siyahısında olmayan əməkdaşları barmaqla saymaq mümkündür. Bankların məlum səbəbdən üstünlük verdiyi bu şəxslərin əksəriyyəti heç də öz problemləri üçün bu addımı atmayıblar. Məlumata görə bu ilin əvvəlində maddi problem yaşayan (Bu problem də bizə məlumdur: Red.) hörmətli rektor xanım çıxış yolu kimi, universitet əməkdaşlarını banklara yönləndirib. Müxtəlif banklardan müxtəlif əməkdaşlar müxtəlif məbləğdə kredit götürməli olub. (Yanlışlıq olar deyə, hələlik adlar yazmırıq. Red.) Məlumata görə kreditlərin ödənməsində müəyyən problemlər yaşansa da, hələ ki, kəskin narazılıq yoxdur. Baxmayaraq ki, ödənməsini gözləyən kreditlər hələ bundan sonradır. Təəssüf ki, universitet rəhbərliyi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalmaqdadır. Rubrika.az Geri qayıt |