Əsas Səhifə > Hadisə > Aztəminatlı ailələr üçün müstəqil iş qurmaq fürsəti yaranır
Aztəminatlı ailələr üçün müstəqil iş qurmaq fürsəti yaranır13-02-2017, 19:00 |
|
Məhəmmədəli Məmmədov Tərtərin Qaradağlı kəndində yaşayır. Özünə məxsus torpaq sahəsi olsa da, bu günədək şəxsi təsərrüfat qurmaq üçün maddi imkanı olmayıb. Elə rayon məşğulluq idarəsinə də imkansızlıq üzündən müraciət edib. Aztəminatlı ailə kimi qeydiyyata alınan Məmmədovlar ailəsinə Azərbaycan prezidenti İlham Əliyevin aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncama əsasən nağd pul şəklində vəsait verilib: "Mənə 3600 manat pul verdilər. Üstünü də düzəldib 4 baş heyvan almışam". Rayonun Təzəkənd kəndində yaşayan 5 nəfərlik Zalovlar ailəsi dolanışıqda çətinlik çəkdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edib. 4000 manat maddi dəstək alan ailə başçısı heyvandarlıq təsərrüfatını yarada bilib: "Məşğulluq idarəsi məni işsiz kimi qəbul etdi və həmin layihədən yaralandım. 4 baş heyvan almışam".(APA) Seydimli kənd sakini Leyla Abdullayeva isə müəyyən səbəblərə görə ailəni təkbaşına dolandırır. 2 uşaq anası olan qadın da bu layihədən yaralanıb. Onun layihə müddəti ərzində rastlaşdığı bütün çətinliklər dövlət tərəfindən qarşılanıb: "Mən təlimlərə qoşuldum. 4 min manat pul verdilər, 3 baş heyvan aldım. İndi otumuz yoxdur, ot da verəcəklər". Layihənin başladığı 10 ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların yerinə tam yetirilməsi üçün layihənin icrasını diqqətdə saxlayıb. Bu layihə üzrə artıq 10 rayonda ümumilikdə daha 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılmasına başlanıb. Bura kənd təsərrüfatı ilə yanaşı, digər xidmət sahələri də daxildir. Nazir müavini Mətin Kərimli bildirib ki, bu proqram çərçivəsində 1500 ailə məşğulluq layihələrinə cəlb olunub. Bu layihələrin əksəriyyəti, haradasa 83,6 faizi kənd təsərrüfatı layihələridir. Eyni zamanda xidmət, istehsal və ticarət layihələri də mövcuddur. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarını yaratması üçün onların mal və materiallarla təminatına start verib. Tərtər rayonuna gedən nazirliyin əməkdaşları bu layihədən yararlanan ailələrlə görüşüb. Rubrika.az Geri qayıt |