Əsas Səhifə > Hadisə > FES rəhbəri danışdı, dollar qalxdı
FES rəhbəri danışdı, dollar qalxdı15-02-2017, 09:00 |
|
Faiz dərəcəsinin artımı ilə bağlı çox gözləmək doğru olmaz. Bunu Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellen ABŞ Senatında çıxışında deyib. O, FES–in faiz artımı ilə bağlı ləngiyəcəyi təqdirdə, iqtisadi sferada cərəyan edən prosesləri şərh etməkdə çətinlik çəkəcəyini bildirib. “Belə gecikmə iqtisadiyyatın yenidən sıxılması riskini gücləndirir”, - Yellen əlavə edib. FES rəhbərinin bu açıqlamasından sonra dünya birjalarında dolların qısamüddətli bahalaşması müşahidə olunub. rubrika.az Geri qayıt |