Əsas Səhifə > Hadisə > Bu gün bütün dünyanın gözü Cocuq Mərcanlıda olacaq
Bu gün bütün dünyanın gözü Cocuq Mərcanlıda olacaq15-02-2017, 09:55 |
|
Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunur Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir. rubrika.az Geri qayıt |