Əsas Səhifə > Müsahibə > Əli Əhmədov: "Referendum" ermənilərin növbəti təxribatıdır"

Əli Əhmədov: "Referendum" ermənilərin növbəti təxribatıdır"


17-02-2017, 12:48
Əli Əhmədov: "Referendum" ermənilərin növbəti təxribatıdır"

"Ermənilər və ya kimlərinsə haradasa "referendum" keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu "referendum"u keçirirsə, keçirsinlər".

Bunu baş nazirin müavini Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirmək istədiyi referenduma münasibət bildirərkən deyib.(APA)
O bildirib ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq: "Lakin bu "referendum" münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir".

Rubrika.az
Geri qayıt