Əsas Səhifə > İdman > UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb


18-02-2017, 10:32
UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb

UEFA Türkiyənin "Karabükspor" klubunu 2 illik müddətinə avrokuboklardan diskvalifikasiya edib.

Superliqa təmsilçisi 2016/2017 və 2017/18 mövsümlərində qitə miqyaslı turnirlərdə iştirak edə bilməz.

"Karabükspor" UEFA-nın maliyyə fayr-pley tələblərinə cavab vermədiyi üçün cəzaya məruz qalıb.

Qeyd edək ki, Türkiyə klubu 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

rubrika.az
Geri qayıt