Əsas Səhifə > İstisadiyyat > Mərkəzi Bankın hərracında tələb 4 dəfə azalıb
Mərkəzi Bankın hərracında tələb 4 dəfə azalıb20-02-2017, 14:06 |
|
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib AMB-dən verilən məlumata görə, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bunun 31,8%-i qədər – 47,7 mln. manat olub. Bu isə fevralın 17-də keçirilmiş hərracla müqayisədə 4,3 dəfə azdır. Qeyd edək ki, bugünki hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% olub. RUBRİKA.AZ Geri qayıt |