Əsas Səhifə > Hadisə > XİN: İqdırda qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb, ölü sayı dəqiqləşdirilir - YENİLƏNİB

XİN: İqdırda qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb, ölü sayı dəqiqləşdirilir - YENİLƏNİB


20-02-2017, 14:16
XİN: İqdırda qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb, ölü sayı dəqiqləşdirilir - YENİLƏNİB

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında Azərbaycan vətəndaşı var”.

Bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

***

İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Bu barədə Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

***

Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.

İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.
(APA)
Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

RUBRİKA.AZ
Geri qayıt