Əsas Səhifə > İstisadiyyat > Mərkəzi Bank yeni məzənnəni açıqladı

Mərkəzi Bank yeni məzənnəni açıqladı


22-02-2017, 10:12
Mərkəzi Bank yeni məzənnəni açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi fevralın 20-si ilə müqayisədə bahalaşaraq 1,7447 manat təşkil edib.

Avro da manata nisbətən artaraq 1,8399 manat olub.

Rusiya rublu fevralın 20-si ilə müqayisədə cüzi bahalaşıb, 0,0304 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4816 manat, Gürcüstan larisi 0,6654 manatdır.

rubrika.az
Geri qayıt