Əsas Səhifə > İdman > Millimizin hücumçusunu sərt cəza gözləyir

Millimizin hücumçusunu sərt cəza gözləyir


22-02-2017, 16:12
Millimizin hücumçusunu sərt cəza gözləyir

Milli komandamızın və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmazı ciddi cəza gözləyir.

Bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, Superliqanın 21-ci turunda "Kayserispor"la oyunun 19-cu dəqiqəsində rəqibə qarşı bilərəkdən kobudluq etdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulan hücumçu ciddi cəzalandırılacaq.

Qeyd edək ki, Dəniz Yılmaz "Kayserispor"la oyundakı davranışına görə "Bursaspor"un əsəs komandasından kənarlaşdırılıb.

Rubrika.az
Geri qayıt