Əsas Səhifə > Aktual > AZAL şefi Cahangir Əsgərov da vəzifəsini itirdi
AZAL şefi Cahangir Əsgərov da vəzifəsini itirdi23-02-2017, 12:46 |
|
Daxil olan və hələlik təsdiqlənməyən xəbərə görə, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru Cahangir Əsgərov tutduğu vəzifəsindən azad olunub. Məlumatın yaxın dəqiqələrdə hakimiyyətə yaxın saytlarda yayımlanacağı gözlənilir. Xatırladaq ki, o, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir. 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.(24saat.org) 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir. Evlidir, 2 övladı var. Rubrika.az Geri qayıt |