Əsas Səhifə > Şou Biznes > Azərbaycanlı iştirakçılar canlı yayımda dava etdi: “Kameranın arxasında başqa cür olur”

Azərbaycanlı iştirakçılar canlı yayımda dava etdi: “Kameranın arxasında başqa cür olur”


23-02-2017, 17:04
Azərbaycanlı iştirakçılar canlı yayımda dava etdi: “Kameranın arxasında başqa cür olur”

“Zuhal Topalla izdivac” proqramının azərbaycanlı iştirakçıları Naz Mila ilə Əli Əkbər arasında qalmaqal bitmir.

Ayrıldıqdan sonra peşman olduğunu açıqlayan Naz Əlidən ikinci şans istəyib və cütlük yenidən münasibətə başlayıb. Lakin onların münasibəti bir neçə saat davam edib, cütlük yenidən dalaşıb. Onlar aralarındakı mübahisəni canlı yayımda da davam etdirib. Əli Nazın ona qarşı olan davranışının bir-birinə uyğun gəlmədiyini deyib: “Verilişdə özünü yaxşı insan kimi göstərib, kamera arxasında fərqli olur. Burada ikinci şans istəyir, sonra mənimlə dalaşır. Nə istədiyini bilmir. Dünən maşında yanına getdim. Amma danışmaq istəmədi. İndi isə proqramda söhbət edir. Nazın hisslərinə inanmıram. Ona görə də onunla münasibət qurmayacağam”.

Əlinin sözləri Nazı özündən çıxarıb: “Əli mənə dedi ki, sənə güvənmirəm. Ona görə də ikinci şans verə bilmirəm. Gərək düşünüm. Bu sözlər mənə pis təsir etdi. Proqramda digər gəlin namizədləri ilə danışır, sonra mənə şans verdiyini deyir”.(musavat)
Qeyd edək ki, Əli Əkbər Bakıda foto-model kimi fəaliyyət göstərir. O, bir neçə məşhur brendin siması olub.
Bakıdan gəldiyini, gözəllik mərkəzinin olduğunu deyən Əli valideynlərinin razılığı ilə nişanlısından yeni ayrılan Naza namizəd olduğunu bildirmişdi. Bir müddət bir-birini tanımağa çalışan cütlük daha sonra ayrılmağa qərar vermişdi.

Rubrika.az
Geri qayıt