Əsas Səhifə > Hadisə > Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda
Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda23-02-2017, 17:23 |
|
Naxçıvan Ali Məclisi toplanır. Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasının iclası çağrılıb.Məlumata görə, iclasın gündəliyində konstitusiyaya dəyişiklik edilməsi, 2016-cı ilin büdcəsinin icrasının təsdiqi məsələlərinin müzakirəsi daxildir. Qeyd edək ki, dünən ölkə mətbuatı Ali Məclisin fövqəladə sessiyasının çağırıldığı barədə məlumat yaymışdı. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi, konstitusiyaya da dəyişikliklərin məhz bu səbəbdən ediləcəyi qeyd edilirdi. Məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Rubrika.az Geri qayıt |