Əsas Səhifə > Hadisə > Sərkisyanın “İsgəndər” hədəsi: Bu dəfə savaş başlasa...
Sərkisyanın “İsgəndər” hədəsi: Bu dəfə savaş başlasa...24-02-2017, 11:00 |
![]() Ermənilər elə güman edirlər ki, rusların müəyyən təlimat və taktiki hazırlıqlarının köməyi ilə Aprel savaşının qisasını ala, hətta Azərbaycanın geriyə qaytardığı torpaqlar məsələsində “uğurlar” əldə edə bilərlər. Bunu açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistan bölgədə vəziyyəti məhz buna gərginləşdirir: “Bu, təkcə ermənilərin arzusu deyil, onları müdafiə edən müəyyən güc mərkəzlərinin də buna bənzər niyyətləri var. Vigen Sərkisyanın “İsgəndər” açıqlaması Azərbaycana qarşı şantaj və psixoloji təzyiq xarakteri daşıyır. Cəbhədə vəziyyətin gərgin olduğunu söyləyə bilərik. Bunun əsas səbəbkarı isə Ermənistandır. Ermənilər hazırda olduqca təhrikçi mövqedədirlər. Bütün bu addımlar Azərbaycan ordusunu cavab vermək məcburiyyəti qarşısında qoya bilər. Cəbhədə hər an lokal xarakterli toqquşma yarana bilər”.(axar.az) Politoloq hesab edir ki, separatçıların keçirdiyi qeyri-qanuni referenduma və Rusiyanın mövqeyinə baxmayaraq, proseslər Azərbaycanın xeyrinə inkişaf edir: “Hazırkı geosiyasi şərait də bunu deməyə əsas verir. Çünki bölgədə başlayacaq yeni müharibə Moskvaya sərf etmir. İrəvan hələ də başa düşmür ki, toqquşmalar başlasa, Ermənistan ordusu bu dəfə diz çökəcək və Dağlıq Qarabağın daha böyük hissəsi azad ediləcək”. Rubrika.az Geri qayıt |