Əsas Səhifə > Gündəm > 2017-də “siftə” edən icra başçılarının Yanvar - Fevral monitorinqlərinin ŞOK nəticələri
2017-də “siftə” edən icra başçılarının Yanvar - Fevral monitorinqlərinin ŞOK nəticələri24-02-2017, 11:26 |
![]() 2017-ci il başlar-başlamaz medianın diqqət mərkəzinə gələn bəzi icra hakimləri oldu İki ayın yekun nəticələrini hazırlayıb. Statistik göstəricilərə görə, yanvar və fevral aylarında Lənkəran icra başçısı Taleh Qaraşov, Xətai icra başçısı Razim Məmmədov, Quba icra başçısı Yaşar Məmmədov, Binəqədi icra başçısı Xaləddin İsgəndərov, Bərdə icra başçısı Vidadi İsayev liderlik edirlər. Mətbuat demək olar ki, hər gün onlardan yazır. Prezidentin icra başçılarına verdiyi göstərişlərə baxmayaraq, qanunsuz əməllərini davam etdirən bəzi icra hakimləri nəticə çıxarmayıblar. Onların medianın gündəmində daim qalmasının səbəbi də məhz əməlləridir. İcra hakimlərinin varidatını balta kəsməz. Onların dövlətin büdcəsi regionların inkişafı adı ilə tar-mar etməsi oliqarxa çevirib. Bu gün hər bir rayon rəhbərinin böyük maliyyə imkanları var. Onlar bu pulları şəxsi dədə malı kimi bölüşdürüb və sənədləşmədə rayonun inkişafına sərf olunması adı altında rəsmiləşdiriblər. Uzun illər icra başçılarının özbaşınalığına göz yumulub. Onlar nə xalqı, nə hakimiyyəti, nə mətbuatı sayır və yalnız şəxsi varidatını fikirləşirlər. Onların fəaliyyəti o dərəcədə pik həddə çatıb ki, hər gün yeni məlumat meydana çıxır. Vətəndaşlardan gələn şikayətlərin isə ardı-arası kəsilmir. Mənbə bildirir ki, bayramdan sonra postlarını itirəcək məmurlar arasında Bərdənin icra başçısı Vidadi İsayevin olacağı gözlənilir. Amma belə bir ehtimal var ki, onu başqa bir rayona təyinat versinlər.(politika.az)Bayramdan sonra işdən çıxarılacaq icra başçıları arasında Ağstafanın icra başçısı Məhərrəm Quliyev, Zərdabın icra başçısı Lütfəli Babayev, Mingəçevirin icra başçısı Niyazi Bayramovda var. Gələn məlumatlara görə, adları çəkilən icra başçılarının yenisi ilə əvəzlənəcəyi nəzərdə tutulsa da, onlara yeni vəzifələr verilməyəcək. Rubrika.az Geri qayıt |