Əsas Səhifə > Hadisə > Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi
Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi25-02-2017, 17:43 |
![]() Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edər: "Belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq". Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub. Rubrika.az Geri qayıt |