Əsas Səhifə > Hadisə > Şəhidlərimizin nəşi döyüş meydanından götrüldü - Müdafiə Nazirliyi

Şəhidlərimizin nəşi döyüş meydanından götrüldü - Müdafiə Nazirliyi


27-02-2017, 17:47
Şəhidlərimizin nəşi döyüş meydanından götrüldü - Müdafiə Nazirliyi

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

rubrika.az
Geri qayıt