Əsas Səhifə > Siyasət > NATO Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırdı
NATO Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırdı28-02-2017, 12:45 |
![]() NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb. Bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib: “Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”.(APA) NATO-nun baş katibi həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Rubrika.Az Geri qayıt |