Əsas Səhifə > Dünya > Trampdan Obamaya ittiham - "Bunların arxasında o durur"

Trampdan Obamaya ittiham - "Bunların arxasında o durur"


1-03-2017, 11:18
Trampdan Obamaya ittiham - "Bunların arxasında o durur"

ABŞ prezidenti Donald Tramp mətbuata sızan informasiyaların və ölkə daxilində hökumətə qarşı etirazların arxasında keçmiş prezident Barak Obamanın olduğunu irəli sürüb

Rubrika.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp Fox telekanalında keçmiş Prezident Obama haqqında bəyanatlar verib.

"Məncə mətbuata sızan informasiyaların arxasında Obama var, çünki onun adamları bunların arxasındadır" deyə iddi edən Tramp "Bəzilərinin çox həssas olduğu bu məlumatlar yəqin ki, Obamanın adamları tərəfindən ötürülür. Çünki bu insanlar milli təhlükəsizlik mənasında çox pis işləyilər"- deyib.

Tramp, həmçinin ölkə daxilində özünə qarşı etirazların arxasında da Obamanın olduğunu iddia edib.

Obama isə bütün bunların onu narahat etmədiyini bildirib: "Bunu anlayıram, çünki siyasət bir qədər belədir. Mənə qarşı edilən hadisələrin arxasında olması da siyasətin bir parçasıdır. Yəqin ki, bu davam edəcək. Bu olanlardan görə təəccüblənmədim".

Qeyd edək ki, Tramp istefa verən təhlükəsizlik və kəşfiyyat xidmətinin təqaüddə olan general-leytenant Maykl Flynn ilə keçirdiyi görüşlərin mətbuata sızmasından sonra hökumət daxilində kənara informasiya sızdırılması ilə bağlı iradlarını dilə gətirmişdi.

Rubrika.az
Geri qayıt