Əsas Səhifə > Hadisə > "Gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar" - Ekspertdən pensiya yaşının artırılmasına reaksiya
"Gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar" - Ekspertdən pensiya yaşının artırılmasına reaksiya1-03-2017, 18:51 |
![]() Pensiya yaşının qaldırılması ciddi narazılığa səbəb olub Bu barədə fikirlərini mia.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli hökumətin gətirdiyi arqumentləri əsassız sayıb. "Dünyada təqaüd yaşının qaldırılmasının əsas səbəbi demoqrafik problemlərdir, məsələn, Avropada, Yaponiyada doğuş səviyyəsi aşağıdır, əhali yaşlıdır, məhz buna görə bəzi ölkələrdə təqaüd yaşı artırılır, və ya, buna cəhdlər olur. Bizdə şükür ki, demoqrafiq vəziyyət yaxşıdır, doğuş səviyyəsi normaldır, (beynimizi çox işlətməsək də, digər orqanlarımız yaxşı işləyir), həm də əhali tərkibimiz, əsasən, gənclərdən ibarətdir. Digər ölkələrdə işçi tapa bilmirlər deyə təqaüd yaşını qaldırırlar, bizdə isə işsizlik o səviyyədədir ki, əksinə işçilərin, əsasən də, məmurların "gəncləşdirilməsinə” ehtiyac var. Bizdə təqaüd yaşını demoqrafik problemlərə görə qaldırmırlar, səbəb sırf iqtisadi çətinliklərlə bağlıdır. Həmişəki kimi, büdcədə yaranan problemləri, gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar, qənaəti vətəndaş üzərindən həyata keçirirlər" - deyə ekspert bildirib. Rubrika.az Geri qayıt |