Əsas Səhifə > Hadisə > Stratfor: “Bakı bu halda ərazilərini qaytara bilər”

Stratfor: “Bakı bu halda ərazilərini qaytara bilər”


2-03-2017, 13:40
Stratfor: “Bakı bu halda ərazilərini qaytara bilər”

Rusiya son zamanlar Ermənistan və Azərbaycan arasındakı konfliktdə baş arbitr mövqeyini möhkəmləndirib.

Rubrika.az xəbər verir ki, bu barədə informasiya “Stratfor” analitik mərkəzinin hesabatında yer alıb. Mərkəz Moskvanın Qarabağ konfliktindən hər iki ölkədə öz strateji maraqlarını reallaşdırmaq üçün istifadə edə biləcəyini söyləyib:

“Azərbaycan Qarabağda status-kvonun pozulmasında və Rusiya ilə sıx əməkdaşlıqda maraqlıdır. Bununla Bakı danışıqları yeniləmək istəyir. Bu halda onlar öz ərazilərini geri qaytara bilərlər. Əsas təhlükə Rusiyanın vəziyyətdən istifadə edərək, Azərbaycanda öz təsirini gücləndirməsi ola bilər. Ermənistan isə hələlik özbaşına böyük addımlar ata bilməz. Rusiya bu ölkənin strateji silahlarının böyük əksəriyyətinə nəzarət edir. Konfliktin olduğu müddət ərzində tərəflərdən heç biri Rusiya ilə ilk növbədə qarşılıqlı razılıq əldə etmədən böyük addım atmaq istəmir.

Ermənistan Rusiyadan asılı olan müttəfiqdir. Son aylar bu iki ölkə arasında münasibətlər yoxlama xarakterli olub. Belə ki, Moskva İrəvanın Bakı ilə konfliktində öz müttəfiqinə nisbətən yuxarıdan baxır. Keçən ilin aprel döyüşlərindən sonra Rusiya neytral mövqe nümayiş etdirməklə Ermənistanı təəccübləndirdi. Ermənistanın isə alternativ tərəfdaşlarının olmaması İrəvana Moskva-Bakı münasibətlərinin gücləndiyi bir zamanda Rusiya ilə strateji əməkdaşlığını qoruyub saxlamaqdan başqa heç bir seçim imkanı vermir”.

ubrika.az
Geri qayıt