Əsas Səhifə > Hadisə > “900-ə yaxın azərbaycanlı terrorçulara qoşulub” - DTX rəisi

“900-ə yaxın azərbaycanlı terrorçulara qoşulub” - DTX rəisi


3-03-2017, 11:56
“900-ə yaxın azərbaycanlı terrorçulara qoşulub” - DTX rəisi

“Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir”

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir: “Dünyanın təhlükəsizliyini ciddi təhdid edən radikalizmlə mübarizə ölkəmiz üçün ciddi məsələdir. Prezident İlham Əliyev apardığı məqsədyönlü Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. 2017-ci il Azərbaycanda İslam Həmrəliyi İli elan edilib.

Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatlara qoşulub. Onların bəziləri öldürülüb, bəzi də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”

Rubrika.az
Geri qayıt