Əsas Səhifə > Hadisə > Mehman Hüseynova hökm oxundu - 2 il həbs
Mehman Hüseynova hökm oxundu - 2 il həbs3-03-2017, 12:55 |
![]() Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-blogger Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib Məhkəmə prosesində M. Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarılıb. Məlumat üçün bildirək ki, blogger yanvar ayının 9-da polis tərəfindən saxlanılıb. O, polisin əmrinə tabe olmamaq ittihamı ilə 200 manat cərimə edilib. Məhkəmədən çıxdıqdan sonra isə M.Hüseynov polis şöbəsində ona işgəncə verildiyini iddia edib. M. Musayev isə bu iddialarına görə onu məhkəməyə verib. Rubrika.az Geri qayıt |