Əsas Səhifə > Manşet > Ağ yalanın qara üzü - Yasamal rayonu 286 saylı məktəbə qarşı aparılan çirkin kampaniyanın izi ilə

Ağ yalanın qara üzü - Yasamal rayonu 286 saylı məktəbə qarşı aparılan çirkin kampaniyanın izi ilə


3-03-2017, 16:35
Ağ yalanın qara üzü - Yasamal rayonu 286 saylı məktəbə qarşı aparılan çirkin kampaniyanın izi ilə

Yalan məlumatları mediaya ötürənlər kimlərdir?

Ölkə təhsilində baş verən utancverici hadisələr, eləcə də problemlər barəsində müxtəlif media portallarında silsilə yazılar dərc edilir. Təbii ki, obyektivliyi saxlamaqla problemləri işıqlandırmaq jurnalistkanın təməl prinsiplərindən biridir. Təəsüfləndirici hal ondadır ki, bəzi KİV-lərdə mövcud vəziyyəti əks etdirməyən, kimlərinsə hansısa maraqlarına xidmət edən materiallar dərc edilr və böhtan xarakterli məlumatlar tirajlanır. Nəzərə alsaq ki, söhbət təhsil sistemi kimi həssas bir sahədən, övladlarımızın gələcəyindən gedir, onda belə məsuliyyətsiz materialların hansı mənfi nəticələrə gətirib çıxardığını düşünmək çətin olmaz.

Ağ yalanın qara üzü - Yasamal rayonu 286 saylı məktəbə qarşı aparılan çirkin kampaniyanın izi ilə

Bu günlərdə bir sıra saytlarda Yasamal rayonu 286 saylı tam orta məktəb barəsində informasiyalar yer alıb. Rubrika.az xəbər verir ki, saytlarda gedən məlumatlarda guya 286 saylı tam orta məktəbdə iki oğlanın birləşərək bir qıza təcavüz etməsi göstərilib. Özlüyündə bütün təhsil sistemi və cəmiyyət üçün böyük utanc sayıla bilən bir hadisədir və geniş rezonans doğurması təbiidir. Məsələnin ciddiliyini və geniş auditoriya tərəfindən maraqla qarşılandığını nəzərə alaraq Rubrika.az saytı məsələni geniş araşdırmaq qərarına gəldi. 286 saylı tam orta məktəbdə apardığımız araşdırma nəticəsində olduqca qəribə vəziyyətlə üzləşdik. Məlum oldu ki, insanların hissləriylə oynayan məlumatlar əslində yalandır və bir qrupun öz məkrli planlarını həyata keçirməsinə xidmət edir. Böyük ənənələrə malik olan bir təhsil ocağının və onun pedaqoji aləmdə yaxşı tanınan direktoru Samir Mehdi-zadənin işgüzar nüfuzunu zərbə altında qoyan belə çirkin məlumatların yayılması məktəbin kollektivini bərk qəzəbləndirib. Rubrika.az saytına verilən məlumatlara görə təşkil edilən provokasiya xarakterli qarayaxma kampaniyasının əsas təşkilatçıları 286 saylı tam orta məktəbin direktor müavini Aynur Adgözəlova, məktəbin psixoloqu Sevil Behbudova və 10R sinfinin sinif rəhbəri Aynur Süleymanovadır. Onlar sağlam məntiqə sığışmayan addım ataraq işlədikləri məktəbə, onun rəhbərinə qarşı böhtan xarakterli məlumatlar yayırlar. Məqsəd isə məktəbin direktoru Samir Mehdi-zadəyə böhtan atmaqla onu nüfuzdan salmaqdır. Məktəbin pedaqoji kollektivi baş verənlərdən dərin narahatlıq hissi keçirdiklərini və belə ucuz “qara piar” kampaniyasının əslində onu təşkil edənlərin əsl simasını ifşa etdiyini bildirdilər. Samir Mehdi-zadənin məktəbə rəhbərlik etdiyi müddətdə kollektivdə əsl işgüzar şəraitin, pedaqoji mühitin formalaşdığını bildirən müəllimlər məktəbdə belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu vurğuladılar. Rubrika.az-a daxil olan məlumata görə Yasamal Rayon Polis İdarəsi 286 saylı tam orta məktəbdə yayılan xəbərlə bağlı araşdırma aparır.

Mövzunu diqqətdə saxlayacağıq.

Rubrika.Az
Geri qayıt