Əsas Səhifə > Hadisə > Ermənilərin postu partladı: yaralılar var - SON DƏQİQƏ

Ermənilərin postu partladı: yaralılar var - SON DƏQİQƏ


3-03-2017, 21:40
Ermənilərin postu partladı: yaralılar var - SON DƏQİQƏ

Febralın 28-də döyüş mövqeyində mühəndis işlərini yerinə yetirən erməni əsgərləri partlayış nəticəsində yaralanıblar.

Rubrika.az Nyus.am-a istinadla xəbər verir ki, hərbçilər bədənlərinin müxtəlif nahiyələrindən qəlpə yarası alıb.

Hadisə ilə bağlı “hərbi xidmətdə məsuliyyətsiz davranış” maddəsi ilə cinayət işi qaldırılıb.

Ermənistan Müdafiə Nazirliyi neçə nəfərin yaralandığı və yaralıların adlarını açıqlamayıb.

***

Döyüş mövqeyində partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi bəlli olub.

Yaralanan 3 hərbçidən Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.

Rubrika.az
Geri qayıt