Əsas Səhifə > Qanun > Milli Məclis prezidentin namizədlərini təsdiq etdi
Milli Məclis prezidentin namizədlərini təsdiq etdi8-03-2017, 10:22 |
|
Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən üzvləri təsdiq edib. Bu vəzifəyə üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülmüşdü. Qeyd edək ki, bu il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən AMB-nin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bu üç nəfərin namizədliyi irəli sürülüb. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib. Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib. A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. Rubrika.az Geri qayıt |