Əsas Səhifə > Hadisə > Bakı-Sumqayıt yolunda faciəvi yol qəzası - 5tələbə ölüb, 21 nəfər xəsarət alıb
Bakı-Sumqayıt yolunda faciəvi yol qəzası - 5tələbə ölüb, 21 nəfər xəsarət alıb9-03-2017, 09:17 |
|
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb. Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb. *** Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. *** Bakı-Sumqayıt yolunda baş verən qəzada dörd tələbə ölüb. Daha 10 nəfər isə xəsarət alıb. Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.(APA) Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.Trendin xəbərinə görə, avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Rubrika.az Geri qayıt |