Əsas Səhifə > Hadisə > Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb

Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb


9-03-2017, 11:00
Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb

Sürücünün sərxoş olub-olmadığı araşdırılır

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq

Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır

Rubrika.az
Geri qayıt