Əsas Səhifə > Qanun > İlham Əliyev 4 sərəncam imzaladı
İlham Əliyev 4 sərəncam imzaladı14-03-2017, 08:30 |
|
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. 18:40 İlham Əliyev T.S.Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin", - sərəncamda qeyd edilir. *** İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Bayramov Oruc Sulu oğlu Quliyev Aftandil Təvəkkül oğlu Quliyev Sidqi Həsənalı oğlu. *** İlham Əliyev Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər: Aslanov Orucqulu Dilavər oğlu Cəfərova Kəmalə Sərvəz qızı Dünyamalıyev Bəkir Bahadır oğlu Əbilov Fazil Adil oğlu Əliyev Əmirxan Mamaxan oğlu Həşimov Teyyub Səfər oğlu Hüseynov Vidadi Hüseyn oğlu İlyasov Rafiq İsa oğlu Qasımov Zahid Zakir oğlu Məmmədquliyeva Raziyə Şəmsibala qızı Məmmədov Şakir Bəgi oğlu Mirzəyev Cəmaləddin Siracəddin oğlu Nəsrullayev Cəlil Məhəmməd oğlu Rzayeva Güllü Adıgözəl qızı Səfərəliyev Əlxan Sərxan oğlu Talverdiyev Valeh Misrixan oğlu. Rubrika.az Geri qayıt |