Əsas Səhifə > Hadisə > Sərkisyan yenə Putinin qəbuluna getdi

Sərkisyan yenə Putinin qəbuluna getdi


15-03-2017, 16:43
Sərkisyan yenə Putinin qəbuluna getdi

Ermənistan Prezidenti Serj Sərkisyan özü ilə bərabər, Moskvaya Müdafiə naziri Vigen Sərkisyanı da aparır.

Bu barədə informasiyanı özünün etibarlı mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb. Qəzet görüşdə əsas müzakirə mövzusunun Qarabağ konflikti olacağını bildirib.

***

Ermənistan Prezidenti Serj Sərkisyan Moskvaya gedib.

Səfər çərçivəsində Sərkisyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

O, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda olacaq.

Qeyd edək ki, Putinlə bərabər, Moskvaya Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan da yola düşüb.

Rubrika.az
Geri qayıt